Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə rəsmi açıqlamanı İsrail hərbi mənbələri yayıb.
Bildirilib ki, son zamanlarda Suriya, HƏMAS və “Hizbullah” tərəfindən edilən təhdidlərə qarşı bir sıra yüksək vəzifəli hökumət nümayəndələri və hərbi qulluqçular bir araya gəlib.
Görüşdə müzakirə olunan məsələlərlə bağlı detallı açıqlamalar verilməsə də, iclasın İsrail milli təhlükəsizliyi ilə bağlı olduqca əhəmiyyətli qərarların verilməsinə səbəb olduğu bildirilir.
Qeyd edək ki, bir sıra qeyri-rəsmi mənbələr görüşdə “Hizbullah” və HƏMAS-a qarşı müharibə aparılması ilə bağlı yekun qərar verildiyini irəli sürüb.
Dəyanət Ağalarlı
Ordu.az